Bakı-Moskva aviareysində texniki nasazlıq yaranıb

Bakı-Moskva aviareysində texniki nasazlıq yaranıb
14:17 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dünən yerinə yetirilməli olan “R2 8844” saylı Bakı-Moskva aviareysində gecikmə qeydə alınıb.
“Report” xəbər verir ki, AZALJET reysinin gecikməsinə səbəb “Boing 767” tipli təyyarədə texniki nasazlığın yaranması olub.
Belə ki, dünən qrafikə uyğun olaraq Moskvaya saat 23:10-da çatması nəzərdə tutulan təyyarə Bakıdan saat 20:00-da yola düşməli idi. Lakin texniki nasazlıq aradan qaldırıldıqdan sonra uçuş saat 21:56-da yerinə yetirilib. Təyyarə Moskvaya saat 00:38-də çatıb.
Qeyd edək ki, AZALJET-lə sözügedən istiqamətə birtərəfli biletin qiyməti 49 avro, ikitərəfli biletin qiyməti isə 98 avrodan başlayır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-moskva-aviareysinde-texniki-nasazligin-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR