Türkiyə Niderlanda iki nota verdi

Türkiyə Niderlanda iki nota verdi
14:22 13 Mart 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə nazirlərinin Niderlanda buraxılmaması ilə bağlı yaranan insidentə görə, bu ölkəyə iki nota təqdim edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, birinci notada qeyd olunub ki, Niderlandın bu addımı Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Notada rəsmi Amsterdamın Ankaradan üzr istəməsi tələb olunur.

İkinci notada isə Rotterdamda polisin etirazçılara qarşı sərt davranışının qəbulolunmaz olduğu vurğulanır.

Qeyd edək ki, martın 11-də Niderland Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi palnlaşdırırdı.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət işləri üzrə naziri Fatma Betül Sayan Kayanın avtomobili Hollandiya polisi tərəfindən saxlanılıb. Nazirə Rotterdam şəhərində bu ölkənin türk icması ilə görüşdə iştirak etmək üçün ölkəyə gəlişinə icazə verməyib.

Rəsmi Ankara Niderland hökümətindən Türkiyədən rəsmi olaraq üzr istəməsini tələb edib. Niderland hökuməti isə Türkiyədən üzr istəməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR