Dövlət Gömrük Komitəsi büdcə daxilolmalarının fevral göstəricilərini açıqlayıb

Dövlət Gömrük Komitəsi büdcə daxilolmalarının fevral göstəricilərini açıqlayıb
14:27 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2017-ci ilin fevral ayında dövlət büdcəsinə 194 938,90 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 91 312,24 min manat yaxud 88,12% çoxdur.
"Report"un DGK-ya istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25 879,46 min manat yaxud 110,40% (2,1 dəfə) artaraq 50 482,40 min manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 59 788,91 min manat yaxud 77,75% artaraq 136 690,00 min manat, aksizlər üzrə 3 237,78 min manat yaxud 152,44% (2,5 dəfə) artaraq 5 361,80 min manat, yol vergisi üzrə daxilolmalar isə 1 245,59 min manat və ya 107,81% yaxud 2,1 dəfə artaraq 2 404,70 min manat təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dovlet-gomruk-komitesi-budce-daxilolmalarinin-fevral-gostericilerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR