"Fənərbağça"dan təklif: Emenikeni al, Popovu ver

"Fənərbağça"dan təklif: Emenikeni al, Popovu ver
14:32 13 Mart 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Moskva "Spartak"ının yarımmüdafiəçisi İvelin Popov karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bolqarıstanlı futbolçu "Fənərbağça"nın maraq dairəsinə düşüb.

Ruslar Popova görə 6 milyon avro tələb etsələr də, bu, "Fənərbağça" rəhbərliyini razı salmayıb. İstanbul klubu əvəzində Popovla Emmanuel Emenikeni dəyişmək təklifini irəli sürüb.
 
Qış transfer dövründə adı "Trabzonspor"la birgə hallanan xavbek Türkiyəyə köçməyə qarşı deyil.
 
Rusiya çempionatının cari mövsümündə 13 oyunda iştirak edən Popov 2 qola imza atıb.
 
Qeyd edək ki, 2015-ci ildən "Spartak"da çıxış edən Popov 2007-ci ildən Bolqarıstan millisinin də şərəfini qoruyur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR