EBRD-nin Azərbaycandakı cari portfeli 27 mln. avro azalıb

EBRD-nin Azərbaycandakı cari portfeli 27 mln. avro azalıb
14:32 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün indiyədək ayırdığı vəsaitlərin ümumi həcmi 2016-cı ilin dekabr ayı ərzində 38 mln. avro yaxud 1,43% azalaraq 2017-ci il fevralın 1-nə 2 622 mln. avroya düşüb.
“Report”un məlumatına görə, Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və öncəki ay olduğu kimi 161-dir. Bunun strukturunda özəl sektorun payı da dəyişməyib və 52% olaraq qalıb.
Məlumata görə, Azərbaycanın Banka ödənişlərinin həcmi 29 mln. avro yaxud 1,52% azalaraq 1 877 mln. avroya düşüb.
EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri isə 17 mln. avro və yaxud 2,90% azalaraq 570 mln. avroya düşüb.
Bankın ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 27 mln. avro yaxud 2,80% azalaraq 939 mln. avroya bərabər olub.
Qeyd edək ki, EBRD Azərbaycanda 56 aktiv layihədən ibarət portfelə malikdir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ebrd-nin-azerbaycandaki-cari-portfeli-27-mln-avro-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR