AKP deputatı: "Hollandiya və Almaniyaya təşəkkür etməliyik"

AKP deputatı: "Hollandiya və Almaniyaya təşəkkür etməliyik"
14:39 13 Mart 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin hakim Ədalət və İnkişaf (AKP) Partiyasının millət vəkili Hollandiya və Türkiyə arasında yaşanan gərginliyə münasibət bildirib.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, partiyanın üzvü Hüseyn Kocabıyık deyib ki, yaşanan bu hadisələr üçün hollandlara təşəkkür etməlidirlər.

 

H.Kocabıyıkın sözlərinə görə, bu hadisələr Avropadakı türk vətəndaşlarının referendumda "hə"  deməsinə səbəb olacaq. "Almaniya və Hollandiyaya həmişə əsəbiləşməyək. Bəlkə də təşəkkür etməliyik. Siyasi ekspert olaraq onu əlavə edə bilərəm ki, bu hadisələr həm  Avropadakı vətəndaşlarımızın səs nisbətinin "hə"yə doğru artmasına, həm də Türkiyədə olan qərarsız seçicilərin "hə"yə yönəlməsinə səbəb olacaq”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269703

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR