İctimai Nitq Çempionatına start verildi

İctimai Nitq Çempionatına start verildi
14:42 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

#eprojectgroup yeniliklərlə dolu yeni mövsümdə ilk layihəsi ilə qarşınızdadır!

Hər il davamlı olaraq həyata keçirdiyimiz Azərbaycan İctimai Nitq Çempionatına start verildi. Məqsəd gənclərin ilkin təqdimat bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsidir.

Layihə 3 hissədən ibarətdir:

#öyrən - İlk olaraq bütün iştrakçılar dünya səviyyəli ictimai nitq kouçu və TED spikeri Seymur Rəsulov tərəfindən peşəkar natiqlik kursunda iştirak edəcəklər.

#hazırla - Təlim kursunu bitirən iştirakçılar öyrəndikləri biliklərə uyğun seçdikləri mövzular ətrafında çıxışlarını hazırlayacaqlar. Hazırlıq müddətində iştirakçılara peşəkar natiqlər mentorluq edəcək. Çıxışlar ingilis dilində və fərdi olaraq hazırlanır.

#qalibol - Son mərhələdə iştirakçılar yarışacaqlar. Bu mərhələdə də bütün iştirakçılar iştirak edəcəklər. Çıxışlar 3 mərhələdə (önseçim, yarı final və final) qiymətləndiriləcək. Önseçim mərhələsində 100, yarı finalda isə 10 nəfər seçiləcək.

Ən güclü 10 iştirakçı finalda mübarizə aparacaq. Qalibləri jüri heyətinin balları müəyyənləşdirəcək.

1-ci yer - Notebook
2-ci yer - Planşet
3-cü yer - Mobil telefon
4-cü yer - 12 dərslik ingilis dili paketi
5-ci yer - Şəxsi inkişaf təlimi paketi

Bütün finalçılara 1 illik eprojectgroup üzvlüyü və şəxsi inkişaf təlim paketində 50% endirim.

Bütün iştirakçılar Natiqlik Kursu dəyərləndirmə sertifikatı ilə təltif olunacaqlar.

Qeydiyyatdan keç, öyrən, yeni dostlar qazan, əylən, yarış və qalib ol!

Qeydiyyat və ətraflı məlumat üçün: saymore.info/championship

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/525642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR