“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sərnişin gəmisi neftçilərin istifadəsinə veriləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sərnişin gəmisi neftçilərin istifadəsinə veriləcək
14:42 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “MPK-460” sərnişin gəmisi Bibiheybət Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb. 
Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, qısa vaxtda gəminin sükan-pər qurğusu açılıb, pərvanələr balanslaşdırılıb, lövbər və zəncirləri rənglənərək yerinə yığılıb. Hazırda gəminin gövdəsi pasdan təmizlənir. İşlərin yekununda isə uzunluğu 34 metr, eni 7 metr olan gəminin bütün sualtı hissəsi rənglənəcək.
Xəzər Dəniz Neft Donanmasında istismar edilən 66 sərnişin tutumuna malik gəminin maksimal sürəti 11-12 uzeldir. Neftçilərin və çox da ağır olmayan yüklərin Neft Daşları və platformalara daşınmasını həyata keçirən gəminin yaxşı manevr qabiliyyəti estakadaların arasında effektiv idarəsinə imkan verir. 






Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-xezer-deniz-gemiciliyi-sernisin-gemisi-neftcilerin-istifadesine-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR