Ukraynada 16 rus əsgəri öldürüldü

Ukrayna Müdafiə Nazirliyi ötən həftə ölkənin şərqindəki Donbas bölgəsində təhlükəsizlik qüvvələri ilə mübarizədə 16 rus əsgərinin öldüyünü açıqlayıb.

Metbuat.az bildirir ki, qarşıdurmalarda yaralananlardan 35-nin də rus əsgəri olduğu qeyd edilib.

Xatırladaq ki, Ukraynanın şərqində Rusiya tərəfdarı olan separatçılarla Ukrayna ordusu arasında 3 ildir davam edən döyüşlərdə 10 mindən çox insan həyatını itirib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR