Bu qan qrupunun xərçəngə yoluxma riski yüksəkdir

55 min nəfər üzərində aparılan tədqiqatın nəticələri qan qrupları ilə bağlı bir sıra maraqlı həqiqətləri üzə çıxarıb. Məlum olub ki, insanda əmələ gələn xəstəliklərin qan qrupuyla əlaqəsi var.

Hematoloq Ələmdar Cəfərov məsələ ilə bağlı Metbuat.az-a açıqlama verib:

"Araşdırmalara görə VWf və VIII faktor kimi qanın laxtlanma faktorlarının II, III, IV qan qruplarında səviyyəsi daha çox olur. Amma vWF və VIII faktor çatışmazlığı (Villerbrand xəstəliyi və Hemafiliya) daha çox 1-ci qan qrupuna malik insanlarda rast gəlinir. Kardiologiya Miokarda İnfarktının əmələ gəlmə riski II qan qrupu olan insanlarda artır. Başqa bir araşdırmaya görə, Miokard infarktı I qan qrupundan başqa digər qan qruplarında daha çox rast gəlinir. Venoz tromboembolizm I qan qrupundan başqa digər qan qruplarında əmələ gəlmə riski artır. Mədə xərçəngi II qan qrupunu malik insanlar digər qan qruplarına nisbətən mədə xərçənginə tutulma riski artıqdır. I qan qrpunda bu risk daha aşağıdır. Mədəaltı vəzi xərçəngi I qan qrupundan başqa (xüsusi ilə 3-cü və 4-cü qan qrupunda) digər qan qrupuna malik insanlarda mədəaltı vəzi xərçəngi əmələ gəlmə riski artır. I qan qruplu şəxslərdə bu risk yenə aşağıdır. Burun udlaq karsinoması II və IV qan qrupuna malik insanlarda əmələ gəlmə riski artıqdır. Mədə və oniki barmaq bağırsağın xorasının I qan qrupuna malik insanlarda riski yüksək olur. Yumurtalıq xərçənginin 3-cü və 4-cü qan qrupunda olan qadınlarda əmələ gəlmə riski artır”.

Onkoloq Həqiqət Vəliyeva isə Metbuat.az-a açıqlamasında daha çox II qrup insanlarda xərçəng riskinin artdığını vurğulayıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR