Azərbaycan səhnəsində görünməmiş hadisə

Ötən gün "Bu şəhərdə"nin yeni "DiYeTaa" adlı konsertində maraqlı anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov Xalq artisti Faiq Ağayevi səhnəyə dəvət ediblər. Səhnəyə gələn Faiq Ağayevla şəkil çəkdirmək istəyən Coşqun Rəhimov, onu anidən qucağına götürüb. Onların bu səmimi davranışı isə tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, konsert ərzində aktyorlar Faiq Ağayevə müxtəlif atmacalar ataraq, onunla zarafatlaşıblar.

Rəvan Nasiroğlu / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR