Bakının “Nobel" prospektində sürücülərin narazılığına səbəb olan yol-hərəkət nişanı yığışdırılıb.
Metbuat.az-ın məlumatına əsasən, “9192” sms xidmətinin bir neçə gün əvvəl DYP-yə göndərdiyi sorğudan sonra rəsmi qurumlar məsələyə reaksiya verib. Belə ki, “Nobel" prospektində normalda sürət həddi 60 km/sürətdir. Lakin Çevik Polis Alayından AFFA-ya gedən yolda 50 km/sürət nişanı qoyulub. Bir çoxları sürət həddi nişanına fikir vermədən hərəkət edirdi. 65 km/sürətlə gedənlər 10 manat cərimələnirdi. Çünki orada sürət həddi 50 km/sürət olaraq qeydə alınırdı. Bu da bir çox sürücülərin narazılığına səbəb olurdu.
Foto: Qorxmaz Mustafayevə məxsusdur
Xəyalə Məmmədova /Metbuat.az