Qvardiola "Bavariya"nın ulduzuna göz dikib

Qvardiola "Bavariya"nın ulduzuna göz dikib
15:07 13 Mart 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Bavariya"da rəhbərliyi altında oynamış futbolçunu istəyir. Fanat.Az xəbər verir ki, ispan mütəxəssis Yoşua Kimmixə göz dikib.


Karlo Ançelottinin gəlişindən sonra heyətə düşməkdə çətinlik çəkən 22 yaşlı alman yarımmüdafiəçi bu mövsüm Bundesliqada cəmi 10 oyunda ilk "11-lik"də yer alıb. "Daily Mirror"un xəbərinə görə, Kimmix bu səbəbdən yenidən Qvardiolanın rəhbərliyi altında oynamaq istəyir.


Qeyd edək ki, "Ştutqart"ın yetirməsi olan Kimmiz 2015-ci ildə "Liysiq"dən "Bavariya"ya 8,5 milyon avroya transfnr olunmuşdu. Hazırda "Transfermarkt" ona 25 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qvardiola-quotbavariyaquotnn-ulduzuna-goz-dikib-t56884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR