Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində Uçan
Naməlum Obyektlərin (UNO) görünməsi halları artıb. İddialara görə,
yadplanetlilərin dünyanın bir sıra ərazilərində bazaları var. Həmin
bazalardan biri də Xəzərdə yerləşir. Son günlər UNO-ların Xəzər
sahilində görünməsi barədə yeni video görüntülər də qeydə
alınıb.
Yadplanetlilərin BAKI MACƏRALARI və Xəzərdə qurduqları BAZA - VİDEOLAR
Yadplanetliləri Bakı oyunları
Yadplanetlilərin Azərbaycan səmasında son vaxtlar çox
görünməsinin səbəbini ufoloq Nazim Əhmədli
Publika.az-a açıqlamasında ekoloji tarazlığın pozulması
ilə əsaslandırır.
Onun sözlərinə görə, Yer kürəsi yadplanetlilərin nəzarəti
altındadır: “Onlar Yer kürəsinin hansı ərazisində ekoloji
tarazlığın pozulması, nüvə sınaqlarını, habelə hərbi təlimlərin
keçirilməsini müşahidə etsələr, həmin bölgələrdə görünür, o
əraziləri nəzarətdə saxlayırlar. Düzdür, onlar Yer kürəsində
bəşəriyyətin inkişafına qarışmasalar da, baş verəcək bəzi
hadisələrin qarşısını almaq üçün nəzarət edirlər”.
Ufoloq son vaxtlar yadplanetlilərin Azərbaycan səmasında tez-tez
görünmələrinin hər hansı narahatlığa əsas vermədiyini deyir.
Xəzərdə müəmmalı məkan, intim münasibət üçün qaçırılan qızlar... - ŞOK FAKTLAR
O, fikirlərinə belə davam edir: “Narahatlığa əsas yoxdur.
Onların Yerdə bazaları var, bizimlə birgə yaşayırlar. Əgər
istəsələr, bir saniyədə Yer kürəsini məhv edərdilər. Lakin onlar
bunu istəmirlər. Onların ağlı çox yüksəkdir və Yeri bəlalardan
qorumağa qadirdilər. Xəzər ətrafında görünmələrinin birinci səbəbi
həmin ərazidə bazalarının olması və ora gəlib-getmələri ilə
bağlıdır. Onlar insanların görmədiyi vaxtlarda daha çox gəlməyə
çalışırlar, çünki görünmək istəmirlər. Ona görə ki, Yerdəki
insanlar onları dərk etməyə hazır deyil. Ara-sıra görünmələrinin
səbəbi də yavaş-yavaş insanların şüuruna təsir etməkdir. Yəni onlar
kainatda insanların tək olmadığını, özlərinin də var olduğunu
göstərmək istəyirlər. İnsanların şüurunda kosmik düşüncə tərzini
inkişaf etdirməyə çalışırlar. Onlar birdən-birə görünsələr
bəşəriyyət şokda olar. Tamamilə görünməmələri də mümkün deyil. ABŞ
onların 4 növü ilə əlaqədədir, texnoloji yeniliklərdə onlardan
bəhrələnirlər. Bu ölkənin 51-ci zonasında yadplanetlilərin bazası
var. Artıq yüz ilə yaxındır ki, Yer kürəsində texnologiyalar
inkişaf edir, 1991-ci ildən kosmik era başlayıb. Ona görə də
yadplanetlilər tədricən görünməyə, əlaqə qurmağa çalışırlar.
Tədricən əlaqələr inkişaf edəcək, yəqin ki, 50-100 ilə onlar
görünəcək, insanlarla təmas quracaqlar. Lakin hələ bəşəriyyət bu
görüşə hazır deyil. Düzdür, ayrı-ayrı insanlarla münasibətdə
olurlar, amma ümumilikdə Yer kürəsindəki bütün insanlarla əlaqə
qurmurlar”.
Gülxar
Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/191156.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)