"Report": Manatın dövretmə sürəti tədricən azalacaq

"Report": Manatın dövretmə sürəti tədricən azalacaq
15:17 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,84 bənd təşkil edib. "Report" Mərkəzi Bankın (AMB) hesabatına istinadən xəbər verir ki, manatın dövretmə sürəti 2016-cı ilin dekabr ayı ilə müqayisədə 0,64 bənd artım göstərib, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,18 bənd azalıb.
"Report"un analitik qrupu bildirir ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 16 il ərzində ən minimal həddi 2015-ci ilin yanvarında, yəni ilk devalvasiya ərəfəsində qeydə alınıb və 2,68-ə bərabər olub. Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. Bu göstəricinin maksimal həddi isə 2005-ci ildə (15,72%) qeydə alınıb.
"Cari vəziyyətdə manatın dövretmə sürətinin artması faktının təhlili onu göstərir ki, Azərbaycanda inflyasiya artımı və dövriyyədə olan manat kütləsinin azalması baş verib. Belə ki, yanvar ayında aylıq inflyasiya 2,3%, ÜDM-in artımı isə 0,8% olub. Dövriyyədə olan nağd pul kütləsi isə 6% azalma göstərib. Qeyd edək ki, manatın dövretmə sürətinin yaxın aylarda azalmağa başlayacağı gözlənilir. Belə ki, dövriyyədə olan nağd pul kütləsinin azalması ÜDM və inflyasiyanın artım sürətini aşağı salacaq", - deyə analitiklər hesab edirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/report-manatin-dovretme-sureti-tedricen-azalacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR