“İncirlik bazasından çıxaq!” - TƏKLİF

“İncirlik bazasından çıxaq!” - TƏKLİF
15:23 13 Mart 2017
123 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya hökumətinin koalisiya ortaqlarından olan Xristian Sosial İttifaqının (CSU) parlament (Bundestaq) fraksiyasının xarici siyasət üzrə işçi qrupunun sədri Florian Han alman əsgərlərinin Türkiyənin İncirlik bazasından geri çəkilməsini istəyib.

Publika.az xəbər verir ki, Florian Han bu haqda “Bild am Sonntag” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Almaniya və Türkiyə arasında mövcud münasibətlər fonunda Türkiyə hökumətinin İncirlikdəki alman əsgərlərinin təhlükəsizliyini təmin edə biləcəyi və təmin etmək istədiyi getdikcə qeyri-müəyyən hal alır.

Siyasətçi həmçinin İncirlik bazasının infrastrukturuna Almaniyanın qoyduğu sərmayələrin dayandırılmasını və “Tornado” kəşfiyyat təyyarələrinin başqa bir yerə köçürülməsini təklif edib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR