Müslüm Maqomayevin "qızı" həbs olundu

Rusiyada görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevlə bağlı qalmaqal yaşanıb.

Metbuat.az bildirir ki, Moskvadakı Şeremetovo hava limanında saxlanılan gəncin dahi sənətkarın qızı olduğu iddia edilir.

Şənbə günü gecə saatlarında hava limanındakı polis 22 yaşlı Veronika Korotkov adlı qızı saxlayıb. O, komplektləmə bölməsində baqaj lentinin üzərinə çıxdığı üçün polis tərəfindən tutulub.

Baqaj lentinin üzərində Veronika Müslimovna Korotkova adlı pasport tapılıb. Anası yerli telekanallardan birində gəncin müğənni Müslüm Mamqomayevin nikahdan kənar qızı olduğunu iddia edib.

Qadının iddiasına görə, o xalq artisti ilə 1993-cü ildə tanış olub. Bundan sonra Maqomayev bir neçə ay onunla görüşüb. Qızının məhz onunla görüşündən sonra doğulduğunu deyib.

//Ann.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR