Beynimiz öldükdən 10 dəqiqə sonra da işləyir

Kanadalı mütəxəssislər maraqlı araşdırma aparıblar.

Metbuat.az bildirir ki, araşdırma zamanı beynin ölümdən sonra daha 10 dəqiqə işlədiyi məlum olub.

Mütəxəssislər "tibbi cəhətdən ölən" adamın beyninin 10 dəqiqə ərzində delta dalğaları yaydığını bildiriblər.

Qeyd olunub ki, həyatını itirənlərin beyni ölümdən sonra 10 dəqiqə ərzində "dərin yuxuda" olan bir insanın beyni kimi işləyir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR