Konsorsium rəhbəri: "TANAP alternativ deyil, tamamlayıcı layihədir"

Konsorsium rəhbəri: "TANAP alternativ deyil, tamamlayıcı layihədir"
15:42 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Transanadolu boru kəməri (TANAP) hər hansı bir layihənin alternativi deyil, əksinə, tamamlayıcı bir layihədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində işlərin 65 faizi artıq başa çatıb.

Konsorsium rəhbəri vurğulayıb ki, TANAP layihəsinin "Türk axını" tərəfindən rəqabətə məruz qalması istisna olunur.

"Türk axını" ilə TANAP layihələrinin bir-birinə təsir etməsi imkanlarını şərh edən S.Düzyol qeyd edib ki, TANAP barədə bütün sazişlər artıq imzalanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/525673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR