Almaniya ilə Çin arasında köynək davası - "Bir iti qurtarın, bir çinlini yeyin"

Almaniya ilə Çin arasında köynək davası - "Bir iti qurtarın, bir çinlini yeyin"
15:43 13 Mart 2017
132 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya ilə Çin arasında münasibətlər gərginləşib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada istehsal olunan üzərində "Bir iti qurtarın, bir çinlini yeyin" yazılan köynəklər Çində kəskin etirazlara səbəb olub.

Çin Almaniyadan köynəklərin satışını dayandıb, üzr istəməsini tələb edib.

Bundan sonra köynəklərin satışı ilə məşğul olan "Spreadshirt" firması açıqlama yayıb. Açıqlamada "Etnik mənşə, milliyyət və din mövzularında ayrı-seçkilik və təhqir ehtiva edən şüarlar qadağandır" fikirləri yer alıb.

Ancaq Çin Almaniyadan köynəklərin satışının dəhal dayandırılmasını və daha əhatəli şəkildə üzr istəməsini tələb edib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR