Erməni əsilli rusiyalı siyasətçi və aparıcıdan həyasızlıq - Şuşadan Bakını ittiham etdilər - FOTO

Erməni əsilli rusiyalı siyasətçi və aparıcıdan həyasızlıq - Şuşadan Bakını ittiham etdilər - FOTO
15:52 13 Mart 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyalı siyasətçi, yumsaq deyilsə, ifrat ermənipərəst mövqeyi ilə seçilən Semyon Baqdasarov (və ya Baqdasaryan) və tanınmış teleaparıcı Roman Babayan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

Milli.Az xəbər verir ki, bununla bağlı onların Şuşadakı kilsəni ziyarət etməsinə dair videokadrlar sosial şəbəkələrdə, daha doğrusu, Rusiyadakı erməni icmalarının Facebook səhifələrində peyda olub.

Qeyd edək ki, antitürk və antiazərbaycan təbliğatının məşhur ruporu olan Semyon Baqdarasarov "Ədalətli Rusiya" ("Справедливая Россия") Partiyasının üzvüdür. O, Rusiya Dövlət Dumasının mülki, cinayət, arbitraj və prosessual qanunvericilik üzrə Dövlət Komitəsinin üzvü olub.

Əslən Bakıdan olan erməni, Rusiyanın tanınmış teleaparıcısı Roman Babayan isə ötən ilin aprel hadisələrindən sonra aparıcılıq etdiyi proqramlarda jurnalistikada bitərəflik prinsiplərini tapdayaraq açıq-aşkar ermənipərəst mövqedən çıxış etməsi və azərbaycanlı nümayəndələrin sözünü ağzında qoyması ilə də yadda qalıb.


Dağlıq Qarabağı respublika kimi qələmə verən R.Babayan səfəri barədə açıqlamasında bundan böyük zövq aldığını və növbəti dəfə də mütləq gələcəyini bildirib. Onun sözlərinə görə, məsələnin həll olunmaması problemi Bakıdadır və Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar respublika olması qəbuledilməzdir. Eyni zamanda, o, Bakının kompromisə getməli olduğunu deyib.

Qeyd edək ki, Azərbaycanın rəsmi icazə olmadan Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə səfər edən istənilən xarici ölkə vətəndaşı "arzuolunmaz şəxslər" siyahısına salınır. Bu qanunsuz əməllərinə görə, onlardan biri Rusiya, İsrail və hətta Ukrayna vətəndaşı olan Aleksandr Lapşin isə bu yaxınlarda Belarusda həbs edilərək Azərbaycana ekstradisiya olunub. S.Baqdasarov və R.Babayanın da eyni aqibəti yaşayacağı istisna deyil.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/525671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR