Sosial şəbəkələrdə görüntüləri yayılmış sərnişin avtobusu ilə bağlı sahibkara xəbərdarlıq edilib

Sosial şəbəkələrdə görüntüləri yayılmış sərnişin avtobusu ilə bağlı sahibkara xəbərdarlıq edilib
16:02 13 Mart 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Bakıda 179 nömrəli sərnişin avtobusu normadan artıq sərnişinlə hərəkət edib.
"Report"un xəbərinə görə, Sabunçu rayonunda qeydə alınan hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, Pirşağı qəsəbəsindən metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığındakı dayanacağa qədər hərəkət edən 10 TG 572 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü həddindən artıq sərnişinlə yoluna davam edib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"un sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən marşut xəttinin sahibkarına xəbardarlıq edilib. "Bu kimi hallar əlbəttə ki Bakı Nəqliyyat Agentliyini də narahat edir. Biz bu kimi halların baş verməməsi üçün mütəmadi olaraq daşıyıcılarla iş aparırıq. Yaxın vaxtlarda Nəqliyyat Agentliyi DYP ilə birgə bu və sərnişindaşıma qaydalarının pozulmasına yönələn digər hallara qarşı birgə tədbirlərin görülməsinə başlayacaq".


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sosial-sebekelerde-goruntuleri-yayilmis-sernisin-avtobusu-ile-bagli-sahibkara-xeberdarliq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR