Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını vuran silah alıb

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını vuran silah alıb
16:09 13 Mart 2017
220 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silah alıb.

 

APA-nın "haberler.com"-a istinadən verdiyi məlumata görə, Türkiyənin “Harp ARGE” şirkəti bu silahı ilk dəfə Azərbaycana ixrac edib.

 

Pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan bu silah hazırda Türkiyədə polis və ordu tərəfindən terrorla mübarizədə aktiv istifadə edilir.

 

Türkiyə baş nazirin mühafizəçilərində də olan bu silah hücum məqsədilə istifadə edilə biləcək pilotsuz uçuş aparatlarına qarşı ən təsirli silahdır.

 

Silah artıq Azərbaycan ordusu tərəfindən uğurla sınaqdan keçirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR