Proqnozlar Bürosu: Növbəti günlərdə hava şəraitində ciddi dəyişiklik gözlənilmir

Proqnozlar Bürosu: Növbəti günlərdə hava şəraitində ciddi dəyişiklik gözlənilmir
16:32 13 Mart 2017
225 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ “Növbəti günlərdə Azərbaycanda müşahidə olunacaq hava şəraitində ciddi dəyişiklik gözlənilmir”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O bildirib ki, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Bəzi yerlərdə duman olacaq”.
G.Məmmədovanın sözlərinə görə, mart ayının 14-ü ölkə ərazisində şimal-şərq küləyi əsəcək: “Mart ayının 15-də şimal-şərq küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Küləyin sürəti saniyədə 8-13 metrə çatacaq”.
O qeyd edib ki, növbəti günlərdə bölgələrdə də hava şəraiti əsasən yağmursuz olacaq: “Lakin gecə və axşam bəzi cənub və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək”.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/proqnozlar-burosu-novbeti-gunlerde-hava-seraitinde-ciddi-deyisiklik-gozlenilmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR