Yenə bayraq səhvi...

Türkiyənin Samsun şəhərində Hollandiyaya etirazını bildirmək istəyən 10 nəfərlik bir qrup Hollandiya əvəzinə Fransa bayrağını yandırıb.

Metbuat.az xəbər verir ki, sözügedən şəxslər özləri ilə gətirdikləri Fransa bayrağını yandırmağa başlayıb. İki dövlət arasında yaşanan diplomatik böhrana bu şəkildə etiraz edənlərin adından 32 yaşlı Ömər Zozik açıqlama verib. O, digər dövlətləri də türk millətinin heysiyyatına toxunmağa cəhd etməməyə çağırıb. Türk gəncləri olaraq Vətən və bayraq üçün hər an, hər yerdə ölməyə hazır olduqlarını bildirib.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR