Arıqlamaq istəyənlər, qan qrupunuza uyğun pəhriz saxlayın

ABŞ-lı həkim-naturoloq Ceyms d'Adamonun nəzəriyyəsinə görə, bütün qida məhsulları insanın qan qrupundan asılı olaraq 3 yerə ayrılır: faydalı, zərərli və neytral.

Dietoloqlar deyir ki, arıqlamağın ən effektiv yolu qan qrupuna uyğun pəhriz saxlamaqdır:

"Geniş elmi tədqiqatlara əsaslanmadığına görə, qan qrupu üzrə arıqlamaq da yalnız fərziyyə salır”.

Bunu Metbuat.az-a açıqlamasında dietoloq Amaliya Rəhimova deyib. O qeyd edib ki, qida məhsullarının hansı qrupa necə təsir etdiyi qrupun əcdadlarının kim və nəçi olmasından asılıdır.

"Belə ki, I qrup “ovçu” olduğuna görə, onlar üçün ən məqsədəuyğun qida ət sayılır. Digər qida məhsullarından da məhdud miqdarda istifadə olunmalıdır. II qrupun nümayəndələri “əkinçi” qrupuna aiddir, əsasən, vegetarian tipli qidalanmaya meyillidir. Bu qrup insanlar digər məhsullardan az miqdarda istifadə edib, ət və süd məhsullarından uzaq durmalıdır. III qrupun nümayəndələrinin əcdadları köçəri həyat sürdüyündən, onlar hər iki tipin qarışığıdır. Müvafiq olaraq, qarışıq qida rasionuna malikdir. Ət, süd məhsulları, meyvə və tərəvəz, paxlalı və taxıl bitkilərindən eyni miqdarda istifadə edə bilərlər. IV qrup isə ən cavan qan qrupu sayılır. Bu qrup II və III qrupun qarışığıdır. Çox həssas olduqları üçün mülayim qarışıq tipli pəhrizə riayyət etməlidirlər. Hər məhsuldan az miqdarda istifadə edə bilərlər”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR