NATO tərəflərə xəbərdarlıq etdi

Avropa Birliyi (AB) Türkiyə-Hollandiya gərginliyi ilə bağlı bəyənat yayıb.

Metbuat.az-ın məlumatına görə, açıqlamada qeyd olunub ki, tərəflər vəziyyəti daha da gərginləşdirəcək bəyənatlar səsləndirməkdən qaçmalıdır.

NATO-da oxşar açıqlamalar verib. Hər iki ölkənin quruma üzv olduğuna diqqət çəkən hərbi alyansın baş katibi Yens Stoltenberq, tərəfləri gərginliyi azaltmağa səsləyib. Onun sözlərinə görə, müttəfiqlər bir-birini ittiham edərkən qarşılıqlı hörmət prinsiplərini nəzərə almalıdır.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR