Almaniya Bakıya yeni futbolçularla gəlir

Almaniya Bakıya yeni futbolçularla gəlir
16:57 13 Mart 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya yığmasının Azərbaycanla oyun üçün heyətinin açıqlanacağı tarix müəyyənləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Yoahim Löv heyəti martın 17-də elan edəcək.


Almanlar Bakıya bir sıra itkilərlə gələcək. Belə ki, "Borussiya"nın (Dortmund) hücumçuları - Marko Reus və Mario Götze ilə yanaşı, İngiltərənin "Mançester Siti"dən İlkay Gündoğan da zədə səbəbindən heyətdə yer almayacaq.


"Bavariya"dan Jerom Boatenqin yığmaya çağrılıb-çağrılmayacağı hələ bilinmir. Zədə səbəbindən uzun müddət meydandan kənarda qalan müdafiəçinin durumuna yaxın vaxtlarda qərar veriləcək.


Əvəzində Lövün "Leypsiq"dən hücunmçu Timo Verner və "Herta"dan müdafiəçi Niklas Ştarkı ilk dəfə yığmaya çağırması gözlənilir.


Qeyd edək ki, Almaniya martın 22-də evdə İngiltərə ilə yoldaşlıq görüşü keçirəcək. Martın 26-da isə Bakıda "DÇ-2018"in seçmə mərhələsinin Azərbaycan - Almaniya oyunu baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20.00-da başlanacaq.  


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-almaniya-bakya-yeni-futbolcularla-glir-t56888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR