Tural rəqibini vurdu, Fariz Yusifov susdu - VİDEO

Tural rəqibini vurdu, Fariz Yusifov susdu  - VİDEO
16:57 13 Mart 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz" və "Zirə" arasında keçirilən Premyer Liqanın XXII tur matçında insident baş verib. 


Meydan sahiblərinin kapitanı Tural Axundov baş hakim Fariz Yusifovun gözləri qarşısında idmançıya yaraşmayan hərəkətə yol verib.


O, 43-cü dəqiqədə Amadu Sanqara qarşı kobud oynadığı üçün sarı vərəqə alıb. Lakin Axundov bundan sonra Sanqarın yanından keçərkən, yerdə olan fransalı yarımmüdafiəçini təpiklə vurub. Üstəlik, 29 yaşlı müdafiəçi "Zirə"nin müdafiəçisi Təmkin Xəlilzadə ilə söz savaşına çıxıb və onu itələyib. Lakin Yusifov Axundova ikinci sarı vərəqəni göstərməyib.


Qeyd edək ki, ilk yarıdan sonra hesab açılmayıb - 0:0. ("Report")



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tural-rqibini-vurdu-fariz-yusifov-susdu-t56887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR