"Kəpəz" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb

"Kəpəz" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb
17:02 13 Mart 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib. "Report"un məlumatına görə, IV dövrənin açılış matçında "Kəpəz" "Zirə"ni qəbul edib.
Gəncədə baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. "Kəpəz"ə 3 xal qazandıran yeganə qola 56-cı dəqiqədə kamerunlu forvard Julien Ebah imza atıb.
Bu qalibiyyətdən sonra xalını 21-ə çatdıran meydan sahibləri 6-cı pilləyə yüksəliblər. AZAL isə 9 xalla sonuncu - 8-ci sıradadır.
Azərbaycan Premyer Liqası
XXII tur
13 mart (bazar ertəsi)
“Kəpəz” – “Zirə” 1:0
Qol: Julien Ebah, 56
Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
İlk 3 dövrədəki oyunlar: 2:0, 0:2, 0:1

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-xxii-tura-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR