Yeni nəsil peyvəndlər GƏLİR - İynəsiz, ağrısız - VİDEO

Yeni nəsil peyvəndlər GƏLİR - İynəsiz, ağrısız - VİDEO
17:03 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Kaliforniya Universitetinin alimləri peyvəndi orqanizmə iynəsiz və ağrısız yeritməyə imkan verən qurğu hazırlayıblar.

Publika.az xəbər verir ki, alimlər bu yenilik sayəsində peyvənd və digər ağrılı prosedurların yaxın vaxtlarda tarixə qovuşacağını deyir.

Artıq inyeksiya üsulunu yeni metod əvəzləyəcək. Lazımlı preparatlar orqanizmə həb böyüklükdə “MucoJet” qurğusunun köməyi ilə yeridiləcək. Miniatür kapsul yanağın daxili hissəsinin selikli qatını deşərək, preparatı orqanizmə daxil edir. Alimlər bunun tam ağrısız proses olduğunu deyir.

“MucoJet” ucunda diametri 7 millimetr olan kürə yerləşən 15 millimetrlik silindrdir. Pasiyent birincisi su, ikincisi limon turşusu və qida sodasından ibarət quru kimyəvi reaktiv yanacaqla dolu olan bölmələri ayıran nazik membranı deşmək üçün kürəni ehmalca sıxmalıdır. Onların içərisindəki maddələr qarışanda xırda porşeni hərəkətə gətirmək üçün yetərli təzyiq yaranır və vaksini yüksək sürətlə kiçik deşikdən çıxarır.

Yeni qurğu artıq dovşanlar üzərində sınaqdan keçirilib. Alimlər bunun xüsusən insulin istifadə edən diabet xəstələri, həmçinin 3-cü dünya ölkələri üçün, habelə uzaq məsafələrə peyvənd çatdırılmasında effektli olacağını bildirir.

Bu, həmçinin iynədən qorxan uşaqlar üçün maraqlı yenilik olacaq. Yeni üsulun geniş istifadəsi üçün 5-10 il vaxt lazımdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/191189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR