CHP lideri: “Hollandiya ilə bütün əlaqələri kəsin”

CHP lideri: “Hollandiya ilə bütün əlaqələri kəsin”
17:07 13 Mart 2017
134 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ “Hollandiya ilə bütün əlaqələri dayandırın”.
“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Cümhuriyyət Xalq Partiyasının, əsas müxalifət təşkilatının lideri Kamal Kılıçdaroğlu Hollandiya hakimiyyətinin Türkiyə rəsmiləri ilə davranışına münasibət bildirərəkən deyib.
“Nazirimiz Hollandiyaya gedir. Onu ölkəyə buraxmırlar. Təyyarəsini geri döndərirlər. Bu, bizim qürurumuza toxunur. Müxalifət dəstək verir. Axıradək dəstəkləyəcəyik. Hollandiya ilə əlaqələri kəsin”, - deyə Kamal Kılıçdaroğlu vurğulayıb.
Qeyd edək ki, martın 11-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verilməyib. Bundan başqa, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna buraxmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/hollandiya-ile-butun-elaqeleri-kesin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR