Bakı-Sumqayıt yolundakı qəzada dünyasını dəyişən Çinarənin TELEFONU OĞURLANDI

Bakı-Sumqayıt yolundakı qəzada dünyasını dəyişən Çinarənin TELEFONU OĞURLANDI
17:12 13 Mart 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza zamanı dünyasını dəyişən 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızına qarşı iyrənc əməl eşidənləri sarsıdıb.

Milli.Az xəbər verir ki, mərhumun xalası oğlu Vahid İlham oğlunun verdiyi məlumata görə, qəzadan dərhal sonra Çinarənin mobil telefonu hələlik şəxsiyyəti müəyyən edilməyən şəxs tərəfindən oğurlanıb.

Hər kəsin yardıma qaçmalı olduğu bir məqamda naməlum şəxs iyrənc əməlindən əl çəkməyib.

Xatırladaq ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı, 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı və 1999-cu il təvəllüdlü Nəsirzadə Lalə dünyasını dəyişib.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR