Bananın tərkibndə güclü radiasiya var

Dünyada buğda, düyü və qarğıdalıdan sonra ən çox istifadə olunan qida - banan radiasiyalı olması ilə də fərqlənir.

Metbuat.az bildirirki, 50 ədəd bananın tərkibində bir insanın rentgenə girdikdən sonra aldığı qədər radiasiya var. Həmçinin, 2 ədəd banan 90 dəqiqə idman edə bilmək üçün insana enerji verməklə yanaşı, fiziki yorğunluğu da orqanizmdən çıxarmağa yardım edir.

Banan yeyən şəxsin infarkt, xərçəng, iflic kimi qorxulu xəstəliklərdən uzaq qalmaq ehtimalı da çoxdur. Tərkibində yağ və xolestirol olmayan bu meyvənin 75%- i sudan ibarətdir. Bananın spesifikliyi onun insan DNT-sinin yarısına bərabər olması ilə də seçilir. İnsan hüceyrələrinin fəaliyyətini təmin edən DNT ilə banan hüceyrələrində olan DNT-nin 50%-ə qədəri oxşar şəkildə kodlaşdırılıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR