İran Rusiyadan neft əvəzində mal alacaq

İran Rusiyadan neft əvəzində mal alacaq
17:17 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ İran Rusiyadan gündəlik 100 min barel neftin əvəzində mal almaq istəyir. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın rabitə və kommunikasiyalar naziri Mahmud Vaezi Rusiyanın energetika naziri Aleksaandr Novakla görüşündən əvvəl bildirib. 
Öz növbəsində Rusiyanın İranda ticarət üzrə nümayəndəsi Andrey Luqanskiy açıqlamasında qeyd edib ki, ölkəsi İrana "neftin əvəzində mal" proqramı çərçivəsində ildə 45 mlrd. ABŞ dolları həcmində mal təklif edə bilər. İrana veriləcək malların əsas hissəsi aviasiya sənayesi, təyyarələr, aerodromlar üçün təchizat, avtobuslar və dəmir yolu sahəsinə olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-ran-rusiyadan-neft-evezinde-mal-alacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR