Aİ və NATO-dan Türkiyə və Niderlanda çağırış: "Gərginliyi azaldın"

Aİ və NATO-dan Türkiyə və Niderlanda çağırış: "Gərginliyi azaldın"
17:17 13 Mart 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

NATO-nun baş katibi Yens Stoltenberq alyansın iki üzvü - Türkiyə və Niderlandı gərginliyi azaltmağa çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Y.Stoltenberq hər iki tərəfi qarşılıqlı hörmətə, sakitliyi qorumağa və gərginliyi azaltmağa səsləyib.

Məsələ ilə bağlı Avropa İttifaqının (Aİ) rəsmiləri də bəyanat yayıblar.

Aİ komissarları Federika Mogerini və Yohannes Han tərəfləri bir-birinin əleyhinə fikirlər səsləndirməməyə çağırıb:

"Son günlərdə Türkiyə və bəzi Aİ ölkələri arasında yaşanan gərginlikdən sonra vəziyyəti daha da çətinləşdirməkdən çəkinmək və sakitlik yaratmaq üçün yollar tapmaq lazımdır".

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.

Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə iki nota ünvanlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR