Oğlunun cəsədini 22 il zirzəmidə saxladı hər gün onun ...

Oğlunun cəsədini 22 il zirzəmidə saxladı hər gün onun ...
17:23 13 Mart 2017
128 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanlı Tsiuri Kvaratsheliya 20 ildən artıq müddətdə oğlunun cəsədini zirzəmidə saxlayıb.

22 yaşlı Coni Barakadze öldükdən sonra ailəsi onu dəfn etməməyə qərar verib. Səbəb isə gələcəkdə oğlunun atasını görə bilməsi idi.

Meyiti qadının zirzəmisinə yerləşdirirlər. O, ilk 4 il ərzində cəsədi mumiyalamaq üçün mayedən istifadə edib.

Lakin qadın yuxuda eşitdiyi səsi əsas gətirərək cəsədin üzərini digər maye (spirt) ilə silməyə başlayıb. Ana oğlunun meyitinin qaralması və çürüməsinin qarşısını almaq üçün hər gün bu prosesi icra edib.

Son illər yaş öz sözünü deməyə başlayır. Tsiuri sağlamlığı ilə bağlı problemlər səbəbindən cəsədə qulluq etməkdə çətinlik çəkib. Meyiti pəncərəyə malik tabuta yerləşdiriblər. Maraqlıdır ki, kişinin artıq 20 yaşı tamam olan oğlu atasını dəfələrlə görüb və qohumlarının düzgün qərar qəbul etdiklərini düşünür. (interaztv)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/191192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR