Azərbaycanlı aparıcı qadınlar haqqında: “Elə at var ki, ona qamçı vurmaq lazımdır” - FOTO

Azərbaycanlı aparıcı qadınlar haqqında: “Elə at var ki, ona qamçı vurmaq lazımdır” - FOTO
17:38 13 Mart 2017
176 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Samir Bayramlı sırtıq insan olmadığına, eləcə də bu vaxta qədər heç kimə pislik etmədiyinə görə, dərin təəssüf hissi keçirdiyini etiraf edib.

Publika.az-ın “Üç nöqtə” layihəsinin suallarını bu həftə məşhur və yaraşıqlı aparıcı özünəməxsus şəkildə cavablandırıb. O, öz zarafatlarından da qalmayıb.

- İndiki ağlım olsaydı...

- İndiki ağlım onsuz da var.

- Zəmanət verə bilərəm ki...

- Mən pis adam deyiləm.

- Söz verirəm ki...

- İnşallah hər şey yaxşı olacaq.

- Dünyanı dəyişə bilsəydim...

- Dördkünc edərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Onları sevən xanımlara kişilər heç vaxt xəyanət etmir.

- Qadınlar yaşını ona görə , gizlədir ki...

- Özümün yaşla bağlı heç bir kompleksim yoxdur. Qadınlar haqqında isə yalnız onu deyə bilərəm ki, gözəl görünmək istəyindən irəli gəlir. Daha dəqiq desək, kişilərin gözündə cavan görünmək üçün yaşlarını çox vaxt gizlədirlər.

- Qadına qarşı şiddət...

- Elə at var ki, ona qamçı vurmaq lazımdır. Zarafat edirəm, kişinin qadına əl qaldırması əlbəttə ki, müsbət hal deyil. Bu, heç bir kişiyə başucalığı gətirmir.

- Vicdanım haqqı...

- Vicdanım haqqı bu vaxta qədər heç kimə pisliyim dəyməyib. Buna görə təəssüf hissi keçirirəm. (Gülür)

- Mən təəssüf edirəm ki...

- Təəssüf edirəm ki, sırtıq deyiləm. Çünki sırtıq adamlar daha şanslıdırlar. İstedadlara sən yol göstər, istedadsızlar onsuz da sırtıqlığının sayəsində özləri özünə yol açacaq.

- Yaxşı gündə, pis gündə...

- Hər zaman sizinləyəm.

- Vanqa nənə ilə görüşsəydim...

- “Bizim falçılardan kimi tanıyırsan” , - deyərdim.

- Ən böyük səhvim...

- Vaxtında lazım olan yerdə və lazımlı reaksiyaları verməmişəm.

- Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki...

- Səni artıq unutmuşam.

- Bəşəriyyətin gələcəyini fikirləşəndə...

- Çox qaranlıqdır, ölmək istəyirəm.

- Günahlarım yadıma düşəndə...

- Hiss edirəm ki, mən də insanam.

- Ona görə xəcalət çəkirəm ki...

- Hamı kimi pis vəziyyətə düşdüyüm anlar çox olub.

- Ölüm haqqında düşəndə...

- Qorxuram.

Aytən













Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/191196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR