Şahin Diniyevin səhhəti pisləşdi

Şahin Diniyevin səhhəti pisləşdi
17:47 13 Mart 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin səhhətində problem yaranıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis "Zirə" ilə Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra özünü pis hiss edib. 

Diniyevin təzyiqi yüksəldiyi üçün təcili yardıma ehtiyac duyulub. Həkim müdaxiləsindən sonra onun səhhəti normallaşıb. Bununla belə, baş məşqçi mətbuat konfransına qatıla bilməyib. Onu köməkçisi Füzuli Allahverdiyev əvəzləyib. 

Qeyd edək ki, "Zirə" ilə oyun "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR