Müxalifətçi futbolçu milliyə qayıtdı

Müxalifətçi futbolçu milliyə qayıtdı
17:57 13 Mart 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Suriyalı futbolçu Firas Əl-Xatib ölkə millisinə dönmək qərarına gəlib. Fanat.Az xəbər verir ki, 33 yaşlı hücumçunun adı "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində martın 23-də evdə Özbəkistan, 28-də səfərdə Cənubi Koreya ilə keçriləcək oyunlar üçün heyətə salınıb.


Firas Əl-Xatib vətəndaş müharibəsi səbəbindən müxəliflərin tərəfini tutmuş və 2012-ci ildə millidə oynamaqdan imtina etmişdi. Həmin vaxtdan o, ölkənin əsas komandasının formasını geyinmirdi.


Qeyd edək ki, Firas Əl-Xatib 2001-ci ildən Suriya millisinə çağrılır. 51 oyunda 26 qol vuran hücumçu millinin ən sərrast futbolçusudu.


Firas Əl-Xatib hazırda Küveyt Premyer Liqasının lideri olan "Əl-Küveyt" klubunda forma geyinir. O, əvvəllər Suriyanın "Əl-Karamah", Küveytin "Əl-Nasir", "Əl-Ərəbi", "Əl-Qadsiya", Qətər "Əl-Əhli", "Umm Salal", İraqın "Zaxo" və Çinin "Şanxay Şenhua" klublarında top qovub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-muxaliftci-futbolcu-milliy-qaytd-t56890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR