Azərbaycan əhalisinin sayı artıb

Bu ilin əvvəlindən etibarən Azərbaycan əhalisinin sayı 75,4 min nəfər və ya 0,8 faiz artaraq, 2014-cü il sentyabr ayının 1-nə olan vəziyyətə görə, 9 552,5 min nəfərə çatıb.

Metbuat.az bildirir ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfərdir. Doğulanların 53,6 %-i oğlan, 46,4 %-i isə qızlardır. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə olan hesab ilə nikahların sayı 8,7-dən 8,5-ə qədər azalıb. Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2%, kənd əhalisinin xüsusi çəkisi isə 46,8 %-dir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR