Yunanıstandan Türkiyəyə gözlənilməz DƏSTƏK

Yunanıstandan Türkiyəyə gözlənilməz DƏSTƏK
18:24 13 Mart 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstan hökuməti Türkiyə və Hollabdiya arasında yaranmış siyasi gərginliyə münasibət bildirib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Yunanıstanın xcarici işlər nazirinin müavini Yorqos Katrunqalos Hollandiyanın türkiyəli nazirləri ölkəyə buraxmamaqla bağlı qərarına “Bu cür fəaliyyətləri qadağan etmək üçün heç bir səbəb yoxdur”, deyə şərh edib.

 

 

Y.Katrunqalos əlavə edib ki, Avropa qanunları müxtəli fölkə vətəndaşlarının mitinq keçirmək hüququna hörmətlə yanaşır: “Amma daxili təhlükəsizlik məsələləri də gündəmə gələ bilər. Daha əvvəl Qərbi Trakya ərazisinə Türkiyədən bu tip səfərlər olmuşdu. Bu cür fəaliyyətləri qadağan etmək üçün səbəb yoxdur. Bu gün Avropanın daxilindəki gərginliyi daha da artıracaq addınlara da ehtiyac yoxdur”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR