Fikrət Qocadan ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Oğlum ölümündən əvvəl..."

Fikrət Qocadan ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Oğlum ölümündən əvvəl..."
19:12 13 Mart 2017
179 Ölkə
Ölkə mətbuatı
A- A+

Xalq şairi Fikrət Qoca dünyasını dəyişən oğunun itkisinə dözə bilmədiyini deyib.

Milli.Az bildirir ki, Yeniçağ.az-a açıqlama verən şair göz yaşlarına hakim ola bilməyib:

"Yalçının məni yarıyolda qoyub gedəcəyini ağlıma da gətirməzdim. Deyəndə ki, Yalçın yolda yıxılıb, xəstəxanaya aparırlar, dünya başıma fırlandı. Oğul itkisi belimi bükdü".

Şair oğlu ilə son görüşünü də xatırlayıb:

"Elə bil ürəyinə damıbmış. Ölümündən əvvəl Yalçın mənə zəng eləmişdi, hal-əhval tutduq, ordan-burdan danışdıq. Həmişə deyirdi ki, ata, dərmanlarını vaxtlı-vaxtında qəbul et, çox narahat idi mənə görə. Bu dəhşətli itkinin ağırlığını özümlə o dünyaya aparacağam. Yalçını hamı çox istəyirdi... Yaram təzədir, onun haqqında danışmaq mənə çox ağırdır..."

Qeyd edək ki, Fikrət Qocanın iki qızı, bir oğlu vardı. Şair-tərcüməçi Yalçın Qoca dünən 52 yaşında dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR