Bakı-Berlin-Bakı aviareysi təxirə salınıb

Bakı-Berlin-Bakı aviareysi təxirə salınıb
19:12 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC sərnişinlərə xəbərdarlıq edib. 
"Report" AZAL-ın "Facebook" səhifəsinə istinadən xəbər verir ki, martın 14-də "Azərbaycan Hava Yolları"nın Bakı-Berlin-Bakı marşrutu üzrə həyata keçirəcəyi J2-063/J2-064 nömrəli reyslər martın 15-dək təxirə salınıb.  
Buna səbəb kimi isə "Berlin-Tegel" (TXL) Beynəlxalq Hava Limanının işçilərinin tətil keçirməsi göstərilib. 
"Əlavə məlumat üçün callcenter@azal.az email və ya (+994) 598 88 80 (qısa nömrə *8880) telefon nömrəsi vasitəsilə #AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərsiniz. Baş vermiş narahatlığa görə üzr istəyirik" - məlumatda vurğulanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-berlin-baki-aviareysi-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR