“Futbolçulara tapşırdım ki, qorxmasınlar" - Ayxan Abbasov

“Futbolçulara tapşırdım ki, qorxmasınlar" -   Ayxan Abbasov
19:17 13 Mart 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

"İki fərqli hissə oldu. Oyuna yaxşı başlamadıq. Qapımız qarşısında qolla nəticələnən epizod yarandı. Fasilədə futbolçularıma tapşırıq verdim ki, qorxmasınlar, oynasınlar. Baxmayaraq ki, "Kəpəz" öz meydanında azarkeşlərin dəstəyi ilə daim əzmkar oyun sərgiləyir".


Bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 22-ci turunda "Kəpəz"ə uduzduqları oyundan (0:1) sonra deyib.


O, bir neçə epizoddan yararlana bilmədiklərini qeyd edib: "Düzdür, bir çox amillər var idi. Meydanın vəziyyəti də futbolçulara oynamağa o qədər də imkan vermirdi. Amma bunlar bəhanə deyil. Onlar da bu stadionda oynayırdı, biz də. İkinci hissədə futbolçular istədiklərini etməyə çalışdılar. Bir neçə epizoddan yararlana bilmədik. Amma hələ IV dövrənin ilk oyunudur. Elə böyük problem də yoxdur. Qalan 6 oyuna hazırlaşaraq, istəyimizi həyata keçirməyə çalışacağıq. Digər oyunlarla müqayisədə bu gün əzmkarlıq çatmadı. Hər bir şəraitə uyğun oynamalıyıq. Futbolçuları da buna uyğun hazırlamışdıq". 

 

A.Abbasov Elvin Məmmədovla Viktor İqbekoyinin əsas heyətdə deyil, ikinci hissədə meydana daxil olmalarına da aydınlıq gətirib: "Çox fikirləşdik, istər-istəməz yol gəliblər, ikinci hissədə 20-25 dəqiqə oynayarlar. İqbekoyini son görüşlərdə sağ cinahda oynatmışdıq. Akim Latifu sağalıb. Ortada onun oyunu yaxşı alındığı üçün bu cür seçim etdik. Əsas odur ki, komandada rəqabət var" (Report.az).


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbolculara-taprdm-ki-qorxmasnlarquot-t56895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR