Suriya müxalifətindən QƏFİL QƏRAR - Astanaya getməyəcəklər

Suriya müxalifətindən QƏFİL QƏRAR - Astanaya getməyəcəklər
19:18 13 Mart 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya müxalifəti Qazaxıstanın Astana şəhərində keçiriləcək müzakirələrdə işirak etməkdən imtina edib.

Publika.az xəbər verir ki, onlar bu qəfil qərarlarını Əsəd rejiminin atəşkəsi pozması ilə əlaqələndiriblər.

Sabah Türkiyə və Rusiyanın iştiraki ilə keçiriləcək üçüncü Astana görüşü iki gün davam edəcək. Türkiyəni xarici işlər nazirinin müavini Sedat Önal təmsil edəcək.

Suriya müxalifətinin nümayəndə heyəti görüşlərin 20 mart tarixindən sonra keçirilməsini tələb edib.

Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov görüşlərdə iştirak edəcək heyətlərin Astanaya gəlməyə başladıqlarını deyib. Onun sölərinə görə, Əsəd rejiminin nümayəndə heyəti artıq Astana şəhərindədir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR