"Çelsi" gənc futbolçuya görə 50 milyonundan keçməyə hazırdır

İcarə əsasında karyerasını "Bavariya"da davam etdirən "Yuventus"lu Kinqsli Koman "Çelsi"nin "radar"ına düşüb.

Metbuat.az Fransa mətbuatına istinadən məlumat verir ki, "Çelsi"nin baş məşqçisi Antonio Konte sürətlə hücuma qoşulan futbolçu axtarışındadır. İtalyan mütəxəssisin siyahısının başında isə Kinqsli Komanın adı var. "Zadəganlar" artıq Fransa millisinin üzvünə görə qarşı tərəfə 52,3 milyon funt təklif ediblər.

"Bavariya" 30 aprelə qədər 20 yaşlı futbolçunun transfer haqlarını əlinə keçirsə, keçid baş tutmayacaq. Bunun üçün Bavyera təmsilçisi "Yuventus"a 20 milyon avro ödəməlidir.

Qeyd edək ki, Karlo Ançelottinin "Bavariya"ya baş məşqçi təyin edilməsindən sonra Koman daha çox ehtiyatda qalır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR