"Kəpəz"in məşqçisi: "Şahin Diniyevin səhhətində problem yarandı, qələbəyə sevinə bilmədik"

"Kəpəz"in məşqçisi: "Şahin Diniyevin səhhətində problem yarandı, qələbəyə sevinə bilmədik"
19:22 13 Mart 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ "Birinci hissədə rəqibdən üstün oynasaq da, qol vura bilmirdik. Bir neçə epizodu boşa verdik. Fasilədən sonra oyunçular bir qədər də "artırdılar", hesabı açdıq". 
"Report"un məlumatına görə, bunu "Kəpəz"in məşqçisi Fizuli Allahverdiyev Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində "Zirə"yı 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin səhhətində problem yarandığı üçün onu konfransda əvəzləyən F.Allahverdiyev bildirib ki, fərqlənmək üçün əlavə imkanları da olub: "Lakin futbolçularımız bəzi məqamlarda dəqiq oynamadılar. Şahin müəllim özünü pis hiss edirdi, səhhətində problem yarandı. Bu üzdən onu mən əvəzlədim. İndi durumu sabitdir. Qələbəyə sevinə bilmədik".
Qeyd edək ki, bu qələbədən sonra xalını 21-ə çatdıran "Kəpəz" 6-cı pilləyə yüksəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kepez-in-mesqcisi-sahin-diniyevin-sehhetinde-problem-yarandi-qelebeye-sevine-bilmedik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR