XİN: Azərbaycan Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır

XİN: Azərbaycan Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır
19:22 13 Mart 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar bəyanat yayıb.
Nazirlikdən "Report"a verilən məlumata görə, sənəddə bildirilir ki, Azərbaycan Respublikası Abxaziyanın müstəqilliyini və nəticə etibarilə martın 12-də Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır.
"Azərbaycan Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışırların davam etdirilməsi zəruridir", - bəyanatda vurğulanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-abxaziyada-kecirilmis-qondarma-parlament-seckilerinin-neticelerini-tanimir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR