26 yaşlı aktyor karyerasına son qoydu

26 yaşlı aktyor karyerasına son qoydu
19:27 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Aktyor Aaron Teylor-Conson karyerasına son qoymaq istəyir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 26 yaşlı aktyor artıq kinolara çəkilmir. 

50 yaşlı rejissor, ssenarist və prodüser Sem Teylor-Consonla ailəli olan Aaron evdə qalıb uşaqlara baxmağı işləməkdən daha üstün tutur.

Müsahibələrindən birində aktyor deyib:

"Biz qərara gəlmişik ki, birimiz işləyək, birimiz isə evdə uşaqların yanında olaq. Mən evdə olmağa üstünlük verdim. Belə mənə xoşdur. Sakit həyat tərzi sürürəm. Uşaqlarla vaxt keçirməkdən gözəl heç nə ola bilməz".

Qeyd edək ki, cütlük 4 uşaq böyüdür. Onlardan ikisi Semin birinci nikahından olan qızları, ikisi isə Aarondan olan qızlarıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/525776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR